00:42 08-11-2020
news_image
105
FUTBOL

Fatini itirdi - “Barselona”

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, La Liqanın IX turunun “Betis”lə görüşündə zədələnən Ansu Fatinin durumuna aydınlıq gəlib.
 
Matçın birinci hissəsindən sonra əvəzlənən hücumçu sol ayağının meniskindən xəsarət alıb. Onun bərpa proqramı sabah açıqlanacaq. Ansunun da hansı müddətə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşəcək.
 
Qeyd edək ki, “Barselona” “Betis”lə qarşılaşmada 5:2 hesabı ilə qalib gəlib.