13:04 08-11-2020
news_image
70
FUTBOL

İranın ən populyar klubu – “Traktor”

Asiya Futbol Federasiyası rəsmi saytı vasitəsilə İranın ən populyar futbol klubu ilə bağlı sorğu keçirir.
 
Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında aparılan səsvermədə “Traktor” klubu zirvədədir.
 
Respondentlərin 43 faizi “Traktor”u ölkənin ən populyar klubu hesab edir. Onu 38 faizlə “Persepolis” izləyir. “İstiqlal” 17, “Sepahan” və “Zobahan” isə 1 faiz səslə növbəti yerlərdədir.
 
Qeyd edək ki, səsvermə bu gün başa çatacaq.