13:52 08-11-2020
news_image
39
FUTBOL

Koronavirusa yoluxma – Bundesliqa klubunda

Almaniyanın “Hoffenhaym” klubunun iki üzvündə koronavirusa yoluxma faktı qeydə alınıb.
 
Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa təmsilçisinin mətbuat xidməti bildirib.
 
Yoluxanlardan biri futbolçu Yakob Brun-Larsen, digəri isə klub işçisidir. Bildirilib ki, hər iki şəxsin testinin nəticəsi pozitiv çıxıb. Onlar evdə karantin şəraitindədirlər.
 
Qeyd edək ki, “Hoffenhaym” bu gün Bundesliqanın VII turu çərçivəsində səfərdə “Volfsburq”la qarşılaşacaq.