14:24 08-11-2020
news_image
54
FUTBOL

Cəzalı duruma düşdü – millimizin üzvü

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov klubu “Albasete”nin növbəti oyununu buraxacaq.
 
Apasport.az saytının məlumatına görə, buna səbəb yarımmüdafiəçinin La Liqa2-nin XI turunda “Leqanes”lə matçda sarı vərəqə almasıdır.
 
Cari mövsümdə 5-ci dəfə sarı vərəqə ilə cəzalandırılan orta sahə oyunçusu bununla cəzalı duruma düşüb. O, noyabrın 14-də “Luqo”ya qarşı keçiriləcək növbəti tur görüşündə komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, “Leqanes”lə evdə qolsuz bərabərə qalan “Albasete” hazırda 10 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.