16:05 08-11-2020
news_image
46
FUTBOL

“Bayrağı yenilməz edən millətin övladlarıdır” - FOTO

Azərbaycan Premyer Liqasında IX tur davam edir.
 
Apasport.az saytının məlumatına görə, ikinci oyun gününün ilk matçında “Neftçi” “Qarabağ”ı qəbul edir.
 
Artıq ənənə halını alan qarşılaşmadan öncə torpaqlarımızı işğaldan azad edən ordumuza dəstək pankartı qaldırılıb. Əzəli rəqiblər üzərində “Bayrağı yenilməz edən millətin övladlarıdır” banneri ilə meydana çıxıblar. Görüşün startından əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi ilə bağlı çıxışına böyük ekranda baxılıb, ardından dövlət himni səslənib.
 
Qeyd edək ki, “Bakcell Arena”dakı oyun 15:00-da başlayıb.