16:07 08-11-2020
news_image
39
FUTBOL

Məcburi əvəzetmə - Azərbaycan derbisində

Azərbaycan Premyer Liqasının IX turunda Azərbaycan derbisində “Neftçi” ilə qarşılaşan “Qarabağ” itki ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Patrik Andrade sıradan çıxıb.
 
Matçın 24-cü dəqiqəsində zədələnən orta sahə oyunçusu mübarizəni davam etdirə bilməyib. Nəticədə iki dəqiqə sonra baş məşqçi Qurban Qurbanov ilk əvəzetməyə əl atıb. Andradenin yerinə meydana Abdullah Zubir daxil olub.
 
Qeyd edək ki, hazırda birinci hissəsi gedən görüşdə “Qarabağ” 1:0 hesabı ilə öndədir.