16:22 08-11-2020
news_image
40
DİGƏR NÖVLƏR

Ordumuz cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır - MN

Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir.