16:41 08-11-2020
news_image
87
FUTBOL

Yetirməsi olduğu “Neftçi” ilə görüşdə “siftə” - Qurban Qurbanovun oğlundan

Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi”ni qəbul edən “Qarabağ” rəqibini böyük hesabla məğlub edir.
 
Apasport.az saytının məlumatına görə, Azərbaycan derbisi Ağdam təmsilçisinin gənc hücumçusu Musa Qurbanlı üçün əlamətdar olub.
 
18 yaşlı forvard qarşılaşmanın 75-ci dəqiqəsində Abdullah Zubirin sol cinahdan ötürməsini qolla tamamlayaraq, komandasının 6-cı topunu vurub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa bununla Azərbaycan çempionatlarında ilk qoluna imza atıb.
 
Qeyd edək ki, Musa Qurbanlı “Neftçi” klubunun yetirməsidir.