10:16 28-07-2008
news_image
480
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları Avropa birinciliyində bir gümüş və bir bürünc medal qazanıblar

Bakı. Kənan Həsənov - APA-Sport. Serbiyanın Novi Sad şəhərində 14 yaşadək boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışa qatılan Azərbaycan milli komandasının yalnız iki üzvü fəxri kürsüyə yüksəlməyi bacarıb. 41,5 kq çəki dərəcəsində çıxış edən Kamran Məlikov finalda rusiyalı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Yarımfinalda digər rusiyalı boksçuya məğlub olan Raci Səidi (44,5 kq) isə bürünc medal qazanıb.