19:02 08-11-2020
news_image
78
FUTBOL

Zirvəyə yüksəldi – “Qarabağ”ın rəqibi

İspaniya La Liqasında IX tur davam edir.
 
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” səfər oyununa çıxıb.
 
Bütün turnirlərdə keçirdiyi son 8 matçda məğlub olmayan Unay Emerinin kollektivi (6 qələbə, 2 heç-heçə) ənənəsinə sadiq qalıb. Pako Alkaser (11-ci dəqiqə), Manuel Trigeros (17) və Xerar Morenonun (62) qolları “Vilyarreal”a 3:1 hesablı qələbə qazandırıb.
 
Bununla xallarının sayını 18-ə çatdıran “Vilyarreal” turnir cədvəlinin zirvəsinə yüksəlib.