01:07 09-11-2020
news_image
69
FUTBOL

“Azərbaycanla oyunda komandamdan qələbə gözləyirəm” - Faruk Hadzibeqiç

“Qazaxıstanla yoldaşlıq görüşünə ciddi yanaşırıq. Əsasən xarici və yerli klublarda çox oynamayanlara şans veriləcək. Buna rəsmi matç gözü ilə baxırıq”.
 
Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç deyib.
 
Noyabrın 11-də Podqoritsada Qazaxıstanla yoxlama oyunu keçirəcək Monteneqro üç gün sonra Millətlər Liqası çərçivəsində Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq, ayın 17-də isə Podqoritsada Kipri sınağa çəkəcək.
 
Sabah başlayacaq təlim-məşq toplanışı öncəsi mətbuat konfransı keçirən Hadzibeqiç həm Azərbaycan, həm də Kiprlə qarşılaşmada qələbəyə ümid etdiyini söyləyib: “Millətlər Liqasının son iki oyununda komandamdan qələbə gözləyirəm. Əlimizdəki şansdan istifadə etməyə çalışacağıq. Təbii ki, Lüksemburqun da son iki görüşün birində büdrəməsinə ümid edəcəyik. Kollektivdə yaxşı ab-hava, qarşılıqlı inamımız var. Həmçinin futbolçularda ən yaxşı nəticəni əldə etmək üçün böyük istək görürəm”.
 
Təcrübəli mütəxəssis heyətə 25 oyunçu dəvət etməsinə baxmayaraq, bəzi dəyişikliklər olunacağını istisna etməyib: “Koronavirusla bağlı problemlər, eyni zamanda bəzi zədəlilərimiz var. Siyahını yəqin ki, dəyişdirəcəyik. İndi dəqiq deyə bilmərəm, amma yarımmüdafiəçi Nikola Vukçeviçin kollektivdən ayrı qalmaq ehtimalı var. Koronavirusa yoluxan 2-3 futbolçumuzla bağlı yekun nəticəni sabah biləcəyik. Epidemiya hər kəsə ziyan vurdu. Vəziyyətə uyğunlaşmalı və diqqətli olmalıyıq. Təəssüf ki, bu virus bizdən güclüdür. Kimin heyətə cəlb ediləcəyi tam tibbi hesabatdan sonra bilinəcək. Çox güman ki, komandaya daxili çempionatdan oyunçular əlavə edəcəyik”.