01:12 09-11-2020
news_image
104
FUTBOL

“Arsenal” darmadağın oldu - “Mançester Siti” “Liverpul”la heç-heçə oynadı

İngiltərə Premyer Liqasında VIII tur başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, turun son günündə 4 oyun keçirilib.
 
Premyer Liqadakı son 6 matçın 4-də qələbə qazanıb, 2-də heç-heçə edən “Tottenhem” bu mövsüm qalibiyyət üzü görməyən “Vest Bromviç”in qonağı olub. Uğurlu seriyanı davam etdirən londonlular Harri Keynin son dəqiqələrdə vurduğu yeganə qolla aktivinə növbəti 3 xalı yazdırıblar.
 
İddialılardan “Lester”lə “Vulverhempton”un duelinin taleyini də 1 top həll edib. Penaltidən fərqlənən Ceymi Vardi birinciləri qələbəyə daşıyıb.
 
Turun mərkəzi matçında çempionluğa əsas namizədlər “Mançester Siti” ilə “Liverpul” birincilərin meydanında üz-üzə gəlib. Komandalar birinci hissədə vurduqları qarşılıqlı qollarla xalları yarı bölüblər.
 
Eyni xalla turnir cədvəlində qonşu olan “Arsenal”la “Aston Villa”nın Londondakı görüşündə isə “topçular” gözlənilmədən böyükhesablı məğlubiyyətə düçar olublar.
 
Qeyd edək ki, IX turun oyunları noyabrın 21-22-də baş tutacaq.
 
İngiltərə Premyer Liqası
VIII tur
8 noyabr
“Vest Bromviç” – “Tottenhem” – 0:1

Keyn, 88
“Lester” – “Vulverhempton” – 1:0
Vardi, 15 (pen.)
“Mançester Siti” – “Liverpul” – 1:1
Qabriel Jezuş, 31 – Salah, 13 (pen.)
“Arsenal” – “Aston Villa” – 0:3
Saka, 25 (avtoqol), Uotkins, 72, 75

1

 Lester

8

6

0

2

18-9

18

2

 Tottenhem

8

5

2

1

19-9

17

3

 Liverpul

8

5

2

1

18-16

17

4

 Sauthempton

8

5

1

2

16-12

16

5

 Çelsi

8

4

3

1

20-10

15

6

 Aston Villa

7

5

0

2

18-9

15

7

 Everton

8

4

1

3

16-14

13

8

 Kristal Pelas

8

4

1

3

12-12

13

9

 Vulverhempton

8

4

1

3

8-9

13

10

 Mançester Siti

7

3

3

1

10-9

12

11

 Arsenal

8

4

0

4

9-10

12

12

 Vest Hem

8

3

2

3

14-10

11

13

 Nyukasl

8

3

2

3

10-13

11

14

 Mançester Yunayted

7

3

1

3

12-14

10

15

 Lids

8

3

1

4

14-17

10

16

 Brayton

8

1

3

4

11-14

6

17

 Fulhem

8

1

1

6

7-15

4

18

 Vest Bromviç

8

0

3

5

6-17

3

19

 Bernli

7

0

2

5

3-12

2

20

 Şeffild Yunayted

8

0

1

7

4-14

1