11:01 09-11-2020
news_image
41
FUTBOL

60-ı arxada qoydu – Rauf Əliyev

Rauf Əliyev Azərbaycan çempionatlarında 60-cı qolunu vurub. 

Apasport.az saytının məlumatına görə, yubiley IX turun “Səbail” – “Sumqayıt” oyununa (2:1) təsadüf edib. 

Qonaqların qapısına yol tapan forvard Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.

İlk qoluna 2006/07 mövsümündə “Qarabağ”ın heyətində imza atan forvard Ağdam klubunda daha çox – 23 top keçirib. 

Ümumilikdə 7 klubda fərqlənən Əliyev “Keşlə”də 12, “Bakı”da 11, “Səbail”də 6, “Qəbələ”də 4, “Xəzər Lənkəran”da 3, “Neftçi”də 1 qola imza atıb.