12:02 09-11-2020
news_image
186
FUTBOL

“Bakcell Arena”da ən biabırçı məğlubiyyət – Məmmədov gözləyir, “Qarabağ” rekord vurur

“Neftçi” Azərbaycan çempionatları tarixində özünün ikinci ən ağır məğlubiyyətini alıb.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın IX turunda “Qarabağ” önündə 0:6 hesabı ilə darmadağın olan paytaxt təmsilçisi indiyədək yalnız bir dəfə daha ağır məğlubiyyət alıb.
 
Bakılılar 4 il öncə “Qəbələ”yə 0:8 hesabı ilə uduzmuşdu. Həmin qarşılaşmada da “Neftçi” evdə biabır olub.
 
Lakin 2016/17 mövsümündəki darmadağın “Bakcell Arena” deyil, “Əlincə Arena”da gerçəkləşib. Bu üzdən də 0:6 hesablı yenilgi 8-ci km qəsəbəsindəki stadionda ən böyükhesablı məğlubiyyət kimi tarixə düşüb.
 
Digər fərqli məqam isə ondan ibarətdir ki, 0:8 hesablı biabırçılıqdan sonra Vəli Qasımov baş məşqçi postunu tərk edib. 0:6 hesablı məğlubiyyətin “memarı” Füzuli Məmmədov isə hələlik bu barədə düşünmür.  
 
Ölkə çempionatlarının 28 illik tarixinə nəzərə salsaq, “Neftçi” 12-ci dəfə darmadağınla üzləşib. Sonuncu belə məğlubiyyət 1471 gün əvvəl yaşanıb. 2016/17 mövsümündən sonra isə paytaxt təmsilçisi Premyer Liqada biabır olmamışdı.
 
“Qarabağ” 4-cü dəfə “Neftçi”ni darmadağın edərək rekord vurub. Bakılıları daha çox ağır yenilgiyə məruz qoyan ikinci komanda olmayıb. Paytaxt təmsilçisi “Qəbələ”yə 3, “Bakı”ya 2, “Zirə”, “İnter” (indiki “Keşlə”) və Sumqayıt “Xəzər”inə 1 dəfə boyun əyib.
 
1992 mövsümü
03.07.1992 “Xəzər” (Sumqayıt) – “Neftçi” (Bakı) - 3:0
2007/08 mövsümü
20.10.2007 “Bakı” – “Neftçi” (Bakı) - 5:1
2010/11 mövsümü
13.05.2011 “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) - 3:0
2011/12 mövsümü
11.03.2012 “Qəbələ” – “Neftçi” (Bakı) - 4:1
2013/14 mövsümü
31.08.2013 “Bakı” – “Neftçi” (Bakı) - 3:0
28.02.2014 “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) - 1:4
08.05.2014 “İnter” (Bakı) – “Neftçi” (Bakı) – 4:0
2015/16 mövsümü
27.02.2016. “Zirə” (Bakı) – “Neftçi” (Bakı) – 3:0
2016/17 mövsümü
21.08.2016. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) – 3:0
10.09.2016. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:8
29.10.2016. “Qəbələ” – “Neftçi” (Bakı) – 4:1
2020/21 mövsümü
08.11.2020. “Neftçi” (Bakı) –  “Qarabağ” (Ağdam) – 0:6