12:14 09-11-2020
news_image
31
FUTBOL

İli başa vurdu - Kimmix

Almaniyanın “Bavariya” klubunun futbolçusu Coşua Kimmix əməliyyat olunub.
 
Apasport.az saytının məlumatına görə, Bundesliqanın Dortmund “Borussiya”sı ilə oyununda (3:2) xəsarət alan yarımmüdafiəçinin zədəsinin cərrahi müdaxiləsi uğurlu alınıb.
 
Meniskindən əməliyyat olunan Kimmixin bərpa dövrü uzun çəkəcəyi məlum olub. Münhen təmsilçisi onun 2021-ci ilin yanvarından tez meydana qayıtmayacağını açıqlayıb. Bu isə o deməkdir ki, futbolçu 2020-ci ili başa vurub.