12:46 09-11-2020
news_image
54
FUTBOL

Macarıstanlı hakimlərə əmanət - yığmamız

Azərbaycan milli komandasının növbəti oyununun hakimləri müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, yığmamızın Sloveniya ilə yoldaşlıq oyununu Macarıstandan olan hakimlər idarə edəcək.
 
Noyabrın 11-dəki qarşılaşmanın baş hakimi Ferens Karako olacaq. Lyublyanadakı görüşdə ona Peter Koborla İştvan Albert kömək edəcək. Dördüncü hakim funksiyasını sloveniyalı David Smajç yerinə yetirəcək.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.