13:13 09-11-2020
news_image
69
FUTBOL

İsveçrə - Azərbaycan oyununda isveçlilər

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə - Azərbaycan matçının hakimləri açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, noyabrın 12-də keçiriləcək qarşılaşmanı İsveçdən olan hakimlər idarə edəcək.
 
Kaspar Syoberq baş hakim, Peter Maqnusson və Maks Robin Vilde onun köməkçiləri olacaq. Viktor Volf qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, oyun Tyun şəhərində keçiriləcək.