13:38 09-11-2020
news_image
51
FUTBOL

3 ildən sonra – yenə yoxlama oyununda

Macarıstanlı Ferens Karako ikinci dəfə Azərbaycan millisinin oyununu idarə edəcək.
 
Apasport.az saytının məlumatına görə, yığmamızın noyabrın 11-də Sloveniyaya qarşı səfərdə keçirəcəyi yoldaşlıq görüşünün baş hakimi 3 il əvvəl də millimizin qarşılaşmasında söz sahibi olub.
 
Həmin vaxt da səfərdə yoxlama matçına çıxan komandamız Qətərlə görüşüb. Millimiz 2017-ci il martın 9-da keçirilən görüşdə 2:1 hesablı qələbə qazanıb. Tərlan Quliyev və Araz Abdullayevin qol vurduğu matç hakim heç nə ilə yadda qalmayıb.
 
Karako Qətərdəki oyundan 7 ay sonra U-19 Avropa çempionatının seçmə oyunlarında fit çalıb. Yığmamız Kiprə 1:2, Serbiyaya 1:4 hesabı ilə uduzub. Kiprlə matçda komandamızın qapısına 2 penalti təyin edən macar futbolçularımızdan birinə xəbərdarlıq edib. Digər görüşdə rəqibə 1, yığmamıza 3 “sarı” verən referi lehimizə penalti də təyin edib.
 
Macar referi iki il öncə Gənclər Liqasında “Herta” – “Qəbələ” qarşılaşmasında meydan sahiblərinin 1:0 hesablı qələbəsini qeydə alıb. Həmin görüşdə təmsilçimizin qapısına penalti təyin edən hakim Almaniya klubu 4, “qırmızı-qaralar”ı 1 sarı vərəqə ilə cəzalandırıb.