14:06 09-11-2020
news_image
97
DİGƏR NÖVLƏR

Düşmən mühasirədən çıxmaq istəyərkən məhv edildi - VİDEO

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.\

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən xəbərə görə, noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib.

Həmin anları əks etdirən videogörüntülər təqdim edilir.