15:11 09-11-2020
news_image
234
FUTBOL

İspaniyalı məşqçi istefaya göndərildi – uğursuzluğa görə

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.
 
Apasport.az saytının məlumatına görə, “Selta” Oskar Qarsiya ilə yollarını ayırıb.
 
İspaniyalı mütəxəssislə yanaşı onun məşqçilər korpusu da Viqo təmsilçisindən ayrılıb. 47 yaşlı çalışdırıcının istefasını uğursuz nəticələr səbəb olub. 9 oyundan sonra 7 xala malik komanda 17-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, 2019-cu ildə “Selta”nın baş məşqçisi təyin olunan Qarsiyanın yetirmələri ötən mövsümdə 17-ci yeri tutaraq La Liqada yerini qorumuşdu.