22:37 09-11-2020
news_image
58
FUTBOL

Kanteyə “elçi” düşdü – “Mançester Yunayted”

Fransa millisinin futbolçusu Nqolo Kante klubunu dəyişə bilər.
 
Apasport.az saytının məlumatına görə, İngiltərə “Çelsi”sinin yarımmüdafiəçisi “Mançester Yunayted”in maraq dairəsindədir.
 
Mançesterlilər 29 yaşlı futbolçunu qış transfer dövründə heyətinə qatmaq istəyir. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Kanteni İspaniya “Real”ı və İtaliya “İnter”i də transfer etmək fikrindədir.
 
Qeyd edək ki, fransalı 2016-cı ildən “Çelsi”də oynayır.