00:07 10-11-2020
news_image
66
FUTBOL

“Azərbaycan səviyyəli futbolçulara malik olduğunu göstərib” – bizə ümid edirlər

“Yenidən millinin toplanışında olmaq xoşdur. Klubda hər şey yaxşı gedir, həm komanda, həm öz çıxışımdan razıyam”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin futbolçusu Miloş Rayçkoviç deyib.

“Buduçnost”un yarımmüdafiəçisi yığmanın açıq məşqindən öncə brifinqdə iştirak edib. Miloş Millətlər Liqasının noyabrın 14-də Azərbaycan, üç gün sonra Kiprə qarşı keçiriləcək görüşləri, həmçinin Qazaxıstanla ayın 11-dəki yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “Qazaxıstanla matç ağır olacaq. Rəqib yaxşı oyun keyfiyyətinə malikdir. Lakin ümid edirəm ki, şans qazanacaq futbolçularımız yaxşı oynayaraq qalib gələcək. Millətlər Liqası qarşılaşmalarında hər şey mümkündür. Həm Azərbaycan, həm də Kipr yığması səviyyəli futbolçulara malik olduqlarını göstərib. Bu üzdən də onların Lüksemburqa qalib gələcəyinə ümid edirik”.