07:42 10-11-2020
news_image
172
DİGƏR NÖVLƏR

Bəyanat: Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək, Laçın rayonu isə dekabrın 1-dək Azərbaycana qaytarılır

Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılmalıdır.

APA-nın məlumatına görə, bu barədə  Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanatın 2-ci bəndində bildirilir.

Bəyanatın 6-cı bəndinə görə isə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarır.