11:20 10-11-2020
news_image
82
FUTBOL

11-ci ayın 11-ci günündə - yenə səfərdə

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Sloveniya ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Bu, komandamızın tarixində noyabrın 11-də keçirilən 3-cü qarşılaşması olacaq. Əvvəlki iki matçdakı kimi milli yenə səfərdə oynayacaq.

11-ci ayın 11-ci günündə meydana çıxan “11-liy”imiz əsrin 11-ci ilində Albaniyanın qonağı olub. Komandamız səfərdəki yoxlama oyununda 1:0 hesablı qələbə qazanıb.

4 il öncə isə yığma 4 cavabsız qol buraxıb. Bu, DÇ-2018-in seçmə matçında gerçəkləşib. Şimali İrlandiya Belfastda darmadağına sevinib.

Yoldaşlıq oyunu
11 noyabr 2011. Tirana. Albaniya – Azərbaycan – 0:1
DÇ-2018-in seçmə oyunu
11 noyabr 2016. Belfast. Şimali İrlandiya – Azərbaycan – 4:0