11:50 10-11-2020
news_image
54
FUTBOL

Argentinalı məşqçi gətirildi – İspaniya klubuna

İspaniyanın “Selta” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisini Eduardo Kude çalışdıracaq.

46 yaşlı mütəxəssis bir müddət “İnternasional”ın baş məşqçisi postunu tərk edib. Argentinalı İspaniya klubunda istefaya göndərilən Oskar Qarsiyanı əvəzləyəcək.

Qeyd edək ki, “Selta” La Liqanın 9 turundan sonra 17-ci yerdədir. Kudenin ayrıldığı “İnternasional” 20 turdan sonra Braziliya çempionatının lideridir.