01:37 12-11-2020
news_image
520
FUTBOL

Yenə qol vura bilmədi - yığmamız

Azərbaycan milli komandası növbəti oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin baş məşqçisi olduğu yığma Sloveniya ilə qarşılaşıb.
 
Lyublyananın “Stojitse” şəhərindəki matç komandamızın 2020-ci ildə keçirdiyi ilk yoldaşlıq oyunu olub. Qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.
 
Bu, yığmamızın ardıcıl ikinci eyni hesablı oyunu olub. Komandamız Millətlər Liqasının IV turunda Kiprlə qolsuz sülhə imza atıb. III turda Monteneqroya da qol vura bilməyən yığma artıq 3 görüşdür rəqib qapısına yol tapa bilmir. 2020-ci ildə qol buraxmayan Sloveniya isə quru seriyasını 6 oyuna çatdırıb.
 
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 14-də keçirəcək. Yığmamız Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək. C liqasının 1-ci qrupunun görüşü Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq.

Yoldaşlıq oyunu
11 noyabr
23:45. Sloveniya – Azərbaycan - 0:0

Baş hakim: Ferens Karako (Macarıstan)
Sloveniya: 12. Vid Beleç, 2. Neyç Skubic, 7. Yosip İliçiç (k), 8. Sandi Lovriç, 10. Miha Zays, 11. Tim Matavz, 14. Yasmin Kurtiç, 17. Miha Mevlja, 19. Mario Yurçeviç, 20. Adam Qnezda Çerin, 23. Kenan Bayriç
Ehtiyat oyunçular: 1. Yan Oblak, 16. Matyaj Rojman, 3. Yure Balkoveç, 4. Miha Blajiç, 5. Nino Kouter, 6. Yaka Biyol, 9. Andraj Şporar, 13. Domen Çrniqoy, 15. Damian Bohar, 18. David Tiyaniç, 21. Bencamin Verbiç, 22. Amadey Vetrih
Baş məşqçi: Matyaj Kek
Azərbaycan: 1. Emil Balayev , 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 11. Mahir Emreli, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 2. Mert Çelik, 4. Rahil Məmmədov, 8. Coşqun Diniyev, 9. Musa Qurbanlı, 10. Rəhim Sadıxov, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 22. Xəyal Nəcəfov
Baş məşqçi: Canni de Byazi
Lyublyana. “Stojitse” stadionu