17:26 10-11-2020
news_image
70
FUTBOL

“Qrizmann şokdadır” – Didye Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçuları Antuan Qrizmannın “Barselona”dakı durumuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis ulduz futbolçunun çətin durumdan keçdiyini söyləyib.

O, forvardın getdikcə klubunda daha yaxşı çıxış edəcəyinə inanır: “Qrizmann bir az şokdadır, dəyişməlidir. Amma onun bacarığını heç vaxt şübhə altına almayacağam. Düzü, klublarında çətin vəziyyətdən keçən bütün oyunçular bir az şoka düşürlər. Bu da təbiidir”.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm La Liqada keçirdiyi 7 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.