17:52 10-11-2020
news_image
90
FUTBOL

Fransa klubunun arzusu - Kriştianu Ronaldo

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo Fransaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, PSJ-nin idman direktoru Leonardo portuqaliyalı superulduza olan maraqlarını etiraf edib.

Braziliyalı klub nümayəndəsi bu keçidin baş tutma ehtimalı ilə bağlı sualı cavablandırıb: “Bu gün futbolda hər şey mümkündür. Ronaldo bəlkə sabah başqa yerdə oynamaq istəyinə düşəcək. Onu kim ala bilər? Futbolçuya müraciət edənlər çox deyil və PSJ maraq göstərən azsaylı klublardan biridir”.

Qeyd edək ki, Kriştianu Ronaldonun “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.