23:01 10-11-2020
news_image
85
FUTBOL

Daha bir baş məşqçi istefası – Türkiyədə

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.
 
Apasport.az saytının məlumatına görə, “Trabzonspor”un ardından bu dəfə “Gənclərbirliyi” çalışdırıcısı ilə yollarını ayırıb.
 
Mövsümə uğursuz start götürən paytaxt Ankara təmsilçisi braziliyalı çalışdırıcının müqaviləsinə xitam verib. Klub rəhbərliyi bəyanatında gənc mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb. “Gənclərbirliyi”nin yeni baş məşqçisi hələlik bəlli deyil.
 
Qeyd edək ki, futbolçu karyerasını “Gənclərbirliyi”də bitirən Mərt Nobrenin məşqçi kimi ilk işi də cari mövsümün əvvəlindən məhz bu klub olub.