00:14 11-11-2020
news_image
115
FUTBOL

4-cü oteli açılır – Messinin

“Barselona”nın kapitanı Lionel Messi otellərinin sayını artırıb.
 
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz 4-cü otelinin açılışına hazırlaşır.
 
Dekabrın 4-də açılışı olacaq budəfəki otel İspaniyada yerləşən xizək kurortu Bakeyra Beretdə fəaliyyət göstərəcək. Leoya məxsus MİM Otellər Şəbəkəsinə daxil olan otel “4 ulduz” kimi qiymətləndirilir, 141 otağa malikdir. Ən böyük otaq 5 nəfərlikdir.
 
Qeyd edək ki, Lionel Messinin digər otelləri Sidjes, Malyorka və İbizada yerləşir.