00:19 11-11-2020
news_image
80
FUTBOL

2020-ci il bitdi – “Mançester Yunayted”li üçün

İngiltərənin “Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın VIII turunda “Everton”la (3:1) qarşılaşmada zədələnən müdafiəçi Lyuk Şou uzun müddət kollektivdən uzaq qalacaq.
 
Görüşün ikinci hissəsində bud nahiyəsindən xəsarət alaraq əvəzlənən 25 yaşlı sol cinah oyunçusunun ən azı 6 həftə komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Bu isə o deməkdir ki, İngiltərə millisinin üzvü üçün 2020-ci il bitib.
 
Qeyd edək ki, Lyuk Şou ötən mövsüm də eyni yerdən zədə alaraq bir müddət komandadan ayrı qalmışdı.