09:14 11-11-2020
news_image
50
FUTBOL

Milliyə qoşula bilmir – “Sabah” və “Keşlə”nin legioneri

Azərbaycanda çıxış edən moldovalı legionerlər yığma komandanın düşərgəsinə hələ qoşulmayıblar.

Apasport.az xəbər verir ki, bunu Moldova millisinin baş məşqçisi Engin Fırat yerli mətbuata açıqlamasında deyib.

Türkiyəli mütəxəssis sabah Rusiya ilə yoldaşlıq görüşü keçirmələrinə baxmayaraq, heyətin tam komplektləşməməsindən gileylənib. Çalışdırıcı 4 oyunçunun düşərgəyə hələ qoşulmadığını bildirib ki, onlar arasında “Keşlə”nin qapıçısı Stanislav Namaşko və “Sabah”ın yarımmüdafiəçisi Yevgeni Koçuk da var: “Bəziləri müxtəlif səbəblərdən vaxtında gələ bilməyib. Koronavirus hamımıza problem yaradır. Ümid edirəm ki, hər hansı bir sürpriz yaşanmayacaq”.

Qeyd edək ki, Moldova yığması Millətlər Liqası çərçivəsində noyabrın 15-də Yunanıstan, bundan üç gün sonra isə Kosovo ilə qarşılaşacaq.