09:26 11-11-2020
news_image
64
FUTBOL

Koronavirusa yoluxma - Monteneqro yığmasında

Millətlər Liqasının V turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının oyunçuları koronavirus testindən keçib.

Apasport.az xəbər verir ki, bu barədə Monteneqro Futbol İttifaqı rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, əsas yığmanın və U-21-in üzvləri koronavirus testindən keçiblər. İki futbolçunun testinin pozitiv çıxdığı aşkarlanıb. Adları açıqlanmayan həmin oyunçular karantinə alınıblar.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.