02:01 12-11-2020
news_image
243
FUTBOL

Avropa çempionundan darmadağın, dünya çempionu uduzdu - Türkiyədən heç-heçə

Bu gün milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib.
 
Apasport.az saytının məlumatına görə, Avropanın əksər yığmaları rəsmi matçlar öncəsi qüvvəsini sınayıb.
 
Almaniya öz meydanında vurduğu bir qolla Çexiyanı üstələyib. Belçika isə İsveçrə üzərində ev qələbəsinə sevinib.
 
İtaliya Estoniyanı, Avropa çempionu Portuqaliya Andorranı meydana çıxmağa peşman edib. Polşa Ukraynadan, Danimarka İsveçdən güclü olub.
 
Niderlandla İspaniya qalibi müəyyənləşdirə bilməyib. Azərbaycanın Sloveniya, Türkiyənin Xorvatiya ilə görüşlərində də sülh qeydə alınıb.
 
Günün sensasiyası Fransada reallaşıb. Finlandiya son dünya çempionunu məğlubiyyətə uğradıb. Ən məhsuldar qarşılaşmada isə 8 qol vurulub. Rumıniya Belarusa 5:3 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunları
11 noyabr

18:45. Yunanıstan - Kipr - 2:1
Tsolis, 8, Yakoumakis, 17 – Elia, 58
19:00. Albaniya - Kosovo - 2:1
Balaj, 31, Uzuni, 65 - Muriqi, 85 (pen.)
21:00. Litva – Farer adaları - 2:1
Sirqedas, 42, Kazlauskas, 45+1 - Vatnhamar, 90+2
21:00. Malta - Lixtenşteyn - 3:0
Mifsud, 5, Borq, 20, Farrucia,84 (pen.)
21:00. Monteneqro - Qazaxıstan - 0:0
21:00. Rumıniya - Belarus - 5:3
Mitrea, 11, Marin, 20 (pen.), Nedelkaru, 31, 55, Puşkas, 44 - Kendiş, 63, Baxar, 90, Klimoviç, 90+2
21:00. San Marino - Latviya - 0:3
Brolli, 32 (avtoqol), Dubra, 71, Qutkovskis, 78 (pen.)
21:30. Bolqarıstan – Cəbəllütariq - 3:0
Tsvetkov, 5, Yomov, 14, İlyev, 45
21:45. Türkiyə - Xorvatiya - 3:3
Tosun, 23 (pen.), Turuc, 41, Ündər, 58 - Budimir, 32, Paşaliç, 53, Brekalo, 56
22:30. Danimarka - İsveç - 2:0
Vind, 61, Bah, 75
23:30. Lüksemburq - Avstriya - 0:3
Trauner, 62, Qrbiç, 83, Viesinqer, 90+4
23:45. Belçika – İsveçrə - 2:1
Batşuayi, 49, 71 - Mehmedi, 13
23:45. Almaniya - Çexiya - 1:0
Valdşmidt, 13
23:45. İtaliya - Estoniya - 4:0
Qrifo, 14, 75 (pen.), Bernardeşi, 27, Orsolini, 86
23:45. Niderland - İspaniya - 1:1
van de Beek, 47 - Kanales, 19 
23:45. Polşa - Ukrayna - 2:0
Piatek, 40, Moder, 63
23:45. Portuqaliya - Andorra - 7:0
Neto, 8, Paulinyo, 29, 61, Sançes, 56, Qarsia, 76 (avtoqol), Ronaldo, 85, Joao Feliks, 88
23:45. Sloveniya – Azərbaycan - 0:0
00:10. Fransa - Finlandiya - 0:2

Forss, 28, Valakari, 31