10:50 11-11-2020
news_image
137
FUTBOL

Millimizin üzvü ayın futbolçusu seçildi - Ukraynada

Ukraynanın “Aleksandriya” klubu oktyabrın ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında aparılan səsvermə zamanı ən çox səsi Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev toplayıb.

Cinah oyunçusu digər namizədlər Vladislav Babaqlo və Vasili Qritsuku qabaqlayıb. Azarkeşlərin fikrincə, ötən ay ərzində baş tutan 4 qarşılaşmanı hamıdan üstün keçirən futbolçu Paşayev olub.

Qeyd edək ki, “Aleksandriya” oktyabrda keçirdiyi 4 matçın 1-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də məğlub olub.