11:13 11-11-2020
news_image
135
FUTBOL

Beşi debüt, üçü yubiley gözləntisində - Lyublyanada

Bu gün növbəti oyununa çıxacaq Azərbaycan millisi Sloveniya ilə görüşə 29 futbolçu ilə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin sərəncamında olanlardan 24-ü əvvəllər də milli forma geyinib.

Digər 5 oyunçu isə debüt şansını gözləyir. Bunlar qapıçı Aydın Bayramov, sahə oyunçuları Musa Qurbanlı, Xəyal Nəcəfov, Şəhriyar Əliyev və Mert Çelikdir. Onlar bugünkü yoxlama görüşündə şans qazansa, ilk dəfə yığmada meydana çıxacaq.

Millinin 3 üzvü üçün isə yoldaşlıq oyunu yubileylə əlamətdar ola bilər. Təmkin Xəlilzadə 20-ci, Rəhman Hacıyevlə Rahil Məmmədov 10-cu qarşılaşmaya çıxmaq imkanına malikdir.

futbolçu

oyun

qol

Maksim Medvedev

63

4

Qara Qarayev

61

0

Bədavi Hüseynov

52

0

Ramil Şeydayev

30

5

Namiq Ələsgərov

20

0

Mahir Emrelli

20

4

Təmkin Xəlilzadə

19

3

Anton Krivotsyuk

11

0

Coşqun Diniyev

11

0

Rəhman Hacıyev

9

0

Rahil Məmmədov

9

0

Emil Balayev

8

-12

Abbas Hüseynov

6

0

Elvin Camalov

4

0

Mirabdulla Abbasov

4

0

Rəhim Sadıxov

3

0

Azər Salahlı

2

0

Vüqar Mustafayev

2

0

Amin Seydiyev

1

0

Elvin Bədəlov

1

0

İsmayıl İbrahimli

1

0

Şahrudin Məhəmmədliyev

1

0

Vüsal İsgəndərli

1

0

Tellur Mütəllimov

1

0

Aydın Bayramov

0

0

Şəhriyar Əliyev

0

0

Mert Çelik

0

0

Musa Qurbanlı

0

0

Xəyal Nəcəfov

0

0