11:34 11-11-2020
news_image
68
FUTBOL

Son sınaq

Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan Azərbaycan millisi də növbəti oyununa çıxacaq.

Milan Obradoviçin baş məşqçisi olduğu yığma İsveçrə ilə qarşılaşacaq. Millimiz qrupun lideri ilə qarşılaşmada sensasiyaya imza atmağa çalışacaq.

Keçirdiyi bütün görüşlərdə qələbə qazanan və final mərhələsinə vəsiqəni təmin edən meydan sahibləri üçün görüş nisbətən formal xarakter daşıyır. Düzdür, isveçrəlilər yarışa qrup qalibi kimi yollanmaq üçün hələ də Fransa ilə mübarizə aparır.

Öz meydanında bu rəqibə minimal hesabla uduzan futbolçularımız səfərdə ilk xalını qazanmaq niyyətindədir. Slovakiya və Lixtenşteyni evdə yenən komandamız rəqib meydanındakı bütün görüşlərdə uduzub.

Qrupda son sınağına çıxacaq yığmamızın mərhələni hansı mövqedə tamamlayacağı da bu ay keçiriləcək görüşlərdən asılıdır. 4-cü yer şansını qorumaq üçün İsveçrədə qalib gəlməyə borclu olan futbolçularımız Slovakiyanın məğlubiyyətlərini gözləyəcək. Millimiz üçün sonuncu yerdəki Lixtenşteyni önə buraxmamaq da vacibdir.

Qeyd edək ki, sabah qrupumuzda daha iki matç baş tutacaq. Gürcüstan öz meydanında Slovakiya, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
12 noyabr
22:00. İsveçrə - Azərbaycan
Baş hakim:
Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”

1

İsveçrə

8

8

0

0

23-4

24

2

Fransa

8

7

0

1

24-9

21

3

Gürcüstan

9

4

0

5

15-13

12

4

Slovakiya

8

3

0

5

15-19

9

5

Azərbaycan

9

2

0

7

5-16

6

6

Lixtenşteyn

8

1

0

7

3-24

3