11:54 11-11-2020
news_image
72
FUTBOL

“Azərbaycan önünə yenilənmiş heyət çıxacaq” - Petkoviç

“Ötən ay olduğu kimi, yenə ilk olaraq yoldaşlıq görüşü keçirəcəyik. Ancaq matçın statusundan asılı olmayaraq, millinin hər bir üzvü meydana qələbə üçün çıxmalıdır”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının qapıçısı Daniyel Petkoviç deyib.

Millətlər Liqasının son iki turunda Azərbaycan (14 noyabr) və Kiprlə (17 noyabr) qarşılaşacaq monteneqrolular əvvəlcə bu gün yoldaşlıq görüşü çərçivəsində Qazaxıstanı qəbul edəcək.

Yerli mətbuata danışan Fransanın “Anje” klubunun qolkiperi heyətdə çox sayda dəyişikliklər olacağını bildirib: “Ümid edirəm ki, Qazaxıstana qarşı müsbət nəticə əldə edəcəyik. Fikrimcə, ölkə xaricində daha az şans qazanan və daxili birincilikdə oynayan futbolçuların iştirakı məqsədəuyğun olar. Təbii ki, Millətlər Liqasında Azərbaycanla matça yenilənmiş və daha hazır heyət çıxacaq”.

Qeyd edək ki, Monteneqro yığmasının Azərbaycan millisi ilə oyunu Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İviç” stadionunda keçiriləcək.