12:05 11-11-2020
news_image
84
FUTBOL

Kim güclüdür: - Azərbaycan, yoxsa Sloveniya?

Yoldaşlıq oyunları çərçivəsində keçiriləcək Sloveniya - Azərbaycan oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Lyublyanada təşkil olunacaq görüşdə meydan sahibləri favorit sayırlar. 

Bu gün “Stojitse” stadionunda baş tutacaq matçda Azərbaycanın qələbəsi 6,60, Sloveniyanın qalib gəlməsi 1,54 əmsaldır. Matçda heç-heçəyə 3,92 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.