14:55 11-11-2020
news_image
159
FUTBOL

Füzuli Məmmədovla Ceyhun Sultanov göndərildi – “Neftçi”dən

"Neftçi" baş məşqçisi Füzuli Məmmədovla yollarını ayrılıb.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssislə 2022-ci ilin yayına kimi olan müqaviləyə xitam verilib. 

Məmmədov 2018-ci ilin yayında "ağ-qaralar"a gələrək əvvəlcə əsas komandada Roberto Bordinin köməkçisi, italiyalı mütəxəssisin qış fasiləsində istefaya göndərilməsindən sonra onun yerinə baş məşqçi postuna gətirilib. 

"Ağ-qaralar"ın yeni baş məşqçisi də artıq bəllidir. Bu, Samir Abasovdur. 42 yaşlı mütəxəssis bunadək "Sumqayıt" və "Zirə"də baş məşqçi olaraq. Son 11 ayda işsiz idi. 

Məmmədovla yanaşı, "Neftçi"də daha bir kadr dəyişikliyi olub. Ceyhun Sultanov idman direktoru vəzifəsindən çıxarılıb. O, 2018-ci ilin fevralından "Neftçi"də bu postda çalışırdı (sport24.az).

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın son turunda evdə "Qarabağ"a 0:6 hesabıyla uduzub.