15:29 11-11-2020
news_image
120
DİGƏR NÖVLƏR

Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı - Rusiya ilə Türkiyə arasında

Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlamentdəki qrup toplantısında bildirib.

Ərdoğan deyib ki, bu gün səhər saatlarında imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib.

“Türkiyə atəşkəs razılaşmasının həyata keçirilməsini müşahidə etmək və prosesə nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı missiyada Rusiya ilə birlikdə rol alacaq.

Mərkəz Azərbaycanın işğaldan azad edilən ərazilərində qurulacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısının alınması üçün bütün tədbirləri mərkəz görəcək”.