15:56 11-11-2020
news_image
109
FUTBOL

Avropa çempionatının oyununa gedə bilmədi – Ermənistan yığması

Ermənistan yığmasının 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki oyunları baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Ermənistan Futbol Federasiyası açıqlayıb.

İsveç və İslandiya ilə noyabrda keçirilməsi nəzərdə tutulan hər iki qarşılaşma koronavirus səbəbindən Kiprin Larnaka şəhərində təşkil olunmalı idi. 

Yığma üzvlərinin əksərinin infeksiyaya yoluxması, hərbi vəziyyətlə əlaqədar yenidən komandaya cəlb ediləcək futbolçuların səfərə yollanması ilə bağlı çətinliklər üzündən isə ermənilər Kiprə getməyəcək. Federasiya UEFA və rəqib ölkəni bu barədə məlumatlandırıb.