17:02 11-11-2020
news_image
87
FUTBOL

Yeni müqavilə şərti bilindi - Neymarın

PSJ-nin hücumçusu Neymar klubu ilə yeni müqavilə imzalamağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvard bunun üçün rəhbərliyə tələblərini çatdırıb.

Braziliya millisinin üzvü yeni 5 illik sözləşmə istəyib. O, eyni zamanda bu müddət ərzində hazırkı maaşı qədər – illik 32 milyon avro tələb edib. PSJ-nin idman direktoru Leonardo da bir neçə gün əvvəl ulduz futbolçu ilə danışıq apardıqlarını açıqlamışdı.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.