14:17 28-07-2008
news_image
644
DİGƏR NÖVLƏR

Azərbaycan boksçularının Pekin Yay Olimpiya Oyunlarında rəqibləri avqustun 8-də bəlli olacaq

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan boksçularının Pekin Yay Olimpiya Oyunlarında qarşılaşacaqları rəqiblərin adları avqustun 8-də bəlli olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, məhz bu tarixdə olimpiadanın boks turnirinin püşkü atılacaq. Ölkəmizi bu nüfuzlu yarışda baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Samir Məmmədovla (51 kq) Şahin İmranov (57 kq) təmsil edəcək. S.Məmmədov olimpiadaya lisenziyanı ötən il ABŞ-ın Çikaqo şəhərində keçirilən dünya çempionatında qazanıb. Yığmanın kapitanı olan Ş.İmranov isə Pekinə yollanmaq probleminin öhdəsindən 2008-ci ilin aprelində Yunanıstanın paytaxtı Afinada təşkil olunan beynəlxalq turnirdə gəlib.