17:47 11-11-2020
news_image
246
FUTBOL

Baş məşqçisi rəsmiləşdi - "Neftçi"nin

Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klubun Müşahidə Şurasının qərarı ilə komanda Samir Abasova tapşırılıb. 42 yaşlı mütəxəssislə 2021/22 mövsümünün sonunadək – il yarımlıq müqavilə bağlanıb. Abasov bu postda yenicə istefa verən Füzuli Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Samir Abasov 2003/04 mövsümündə "Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt” (2015-2018) və "Zirə” (2018-2019) klublarında çalışıb.