22:02 11-11-2020
news_image
66
FUTBOL

Uduzdu - millimizin rəqibi

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Kipr yoldaşlıq oyunu keçirib.
 
Apasport.az saytının məlumatına görə, ada təmsilçisi Yunanıstanla qarşılaşıb.
 
Üç qolun vurulduğu görüşdə Ellada təmsilçisi qələbə qazanıb. Oyunun əvvəlində iki dəfə fərqlənən yunanıstanlılar qələbəni əldən verməyib. Kiprlilər bu toplardan yalnız birinin əvəzini çıxa bilib.
 
Qeyd edək ki, Kipr yığması Millətlər Liqasının son iki turu çərçivəsində noyabrın 14-də Lüksemburq, 17-də Monteneqro ilə görüşəcək.
 
Yoldaşlıq oyunu
11 noyabr
Yunanıstan – Kipr – 2:1

Tsolis, 8, Yakoumakis, 17 – Elia, 58