22:38 11-11-2020
news_image
49
FUTBOL

Transferə xüsusi icazə istəyir – “Liverpul”

İngiltərənin “Liverpul” klubu yeni transferlə bağlı Premyer Liqa rəhbərliyinə müraciət edəcək.
 
Apasport.az saytının məlumatına görə, mersisaydlılar transfer dövründən kənar müddətdə müdafiəçi almaq üçün icazə verilməsini istəyir.
 
Buna səbəb Vircil van Deykin zədələnməsidir. İngiltərə çempionu V turun “Everton”la görüşündə (2:2) ağır zədə alan niderlandlının yerinə mərkəz müdafiəçisi almaq niyyətindədir. Həmin qarşılaşmada daha bir müdafiəçi – Joel Matipin də zədələnməsi klubu çətin vəziyyətdə qoyub. Baxmayaraq ki, sonuncu artıq sağalaraq sıraya dönüb.
 
Bu gün məşq zamanı zədələnən Co Qomesin nə vaxt meydana dönəcəyi isə bəlli deyil. Mərkəz müdafiəçisi mövqeyində də oynamağı bacaran braziliyalı universal Fabinyo da zədəlilər sırasındadır.
 
“Liverpul” mərkəz müdafiəçilərinin inanılmaz sayda çoxluğunu sübut edərək bu mövqeyə oyunçu almaq üçün xüsusi icazənin verilməsinə nail olmaq fikrindədir.