23:11 11-11-2020
news_image
49
FUTBOL

“Biz yalnız FİFA və UEFA-nın kuklalarıyıq” - Kroos

“Oyunçular, əfsuslar olsun ki, heç nəyi həll etmir. Biz yalnız FİFA və UEFA-nın kuklalarıyıq”.
 
Apasport.az saytının məlumatına görə, bunu İspaniya “Real”ının almaniyalı ulduzu Toni Kroos deyib.
 
Təqvimin sıxlığından şikayətlənən yarımmüdafiəçi bir sıra turnirlərin, o cümlədən Millətlər Liqasını tənqid edib: “Əgər futbolçuların hər hansı Həmkarlar İttifaqı olsaydı, biz Millətlər Liqası və ya Səudiyyə Ərəbistanındakı İspaniya Superkubokunda oynamazdıq. Belə yarışlarla daha çox pul qazanmağa cəhd edir, eyni zamanda futbolçuları yorurlar. Mən işləyən hər şeyi olduğu kimi saxlamağa üstünlük verirəm. İdman nöqteyi-nəzərindən Avropa Superliqası həqiqətən maraqlı olardı. Çünki yalnız yüksək səviyyəli matçlar keçiriləcək. Lakin belə olanda böyük və kiçik klublar arasında uçurum daha da artacaq. Heç də həmişə küncün yuxarı hissəsində sürətlə qazanılan pulu qoymaq olmaz”.