14:33 28-07-2008
news_image
414
STOLÜSTÜ OYUNLAR

Azər Mirzəyev İspaniyada keçirilən turnirdə ikinci yeri tutub

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Kervello şəhərində sürətli şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, 8 turdan ibarət olan yarışdakı yeganə təmsilçimiz Azər Mirzəyev uğurlu çıxış edib. Keçirdiyi oyunlarda 6 qələbə qazanan və 2 dəfə heç-heçə edən həmyerlimiz ikinci yeri tutub. Reytinqə görə turnirin üçüncü şahmatçısı olan A.Mirzəyev bu uğurunun qarşılığında 350 ABŞ dolları və xüsusi mükafat əldə edib. Beynəlxalq qrossmeysterimizi yalnız əlavə əmsala görə kubalı Lazaro Bruzon qabaqlayıb. Turnirdə 6 ölkədən 67 şahmatçı mübarizə aparıb.