00:15 12-11-2020
news_image
80
DİGƏR NÖVLƏR

Dağlıq Qarabağda ortaq mərkəzin yaradılması barədə memorandum imzaladı - Rusiya və Türkiyənin müdafiə nazirləri

Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar.

APA-nın məlumatına görə, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatında Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə qeyd olunub.

Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq.

Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.